Azərbaycanın qeyri-maddi mədəni irsinin dəstəklənməsinin təminat mexanizmləri araşdırılır

Azərbaycanda qeyri-maddi mədəni irsin dəstəklənməsinin təminat mexanizmlərinin monitorinqi keçirilir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, monitorinqin məqsədi Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, bərpası və istifadəsi sahəsində dövlət mədəniyyət siyasətinin əsas prioritetlərinin yenidən müəyyənləşdirilməsi, sahənin qanunvericilik, idarəetmə, maliyyələşdirilmə, informasiya, elmi-metodiki, kadr, maddi-texniki baza kimi təminat mexanizmlərinin təkmilləşdirilməsinin təşkil edilməsidir.
Mərkəzi və yerli təminat mexanizmləri üzrə aparılan monitorinq zamanı toplanmış məlumatlar əsasında sahənin mövcud vəziyyəti təhlil edilir. Yaxın vaxtlarda yekunlaşacaq monitorinqin nəticələri nəzərə alınmaqla müvafiq konsepsiya, proqram və layihələrin işlənib hazırlanması və həyata keçirilməsi nəzərdə tutulur.