İrəvan Dövlət Azərbaycan Dram Teatrı sentyabrın 15-də keçiriləcək teatr bayramına hazırlaşır. Bu barədə məlumat verən teatrın direktoru İftixar Piriyev deyib ki, ənənə halını alan bu bayram ölkə başçısının göstərişi əsasında yenicə təmirdən çıxan Gənc Tamaşaçılar Teatrının qarşısında təşkil olunacaq. Respublikada fəaliyyət göstərən teatr kollektivləri mövsümə açıq havada start verəcək. Teatrımızın yaradıcı heyəti pərəstişkarlarını üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşasından kiçik səhnəciklə salamlayacaq.
O bildirib ki, İrəvan Teatrı yeni-128-ci mövsümünü Aqşin Babayevin ümummilli lider Heydər Əliyevə həsr etdiyi “Xilaskar” tamaşası ilə açacaq.