Aprelin 12-17-də Dağıstan Dövlət Pedaqoji Universitetinin idman sarayında Məhəmmədsalam Umaxanovun xatirəsinə həsr olunmuş XII beynəlxalq boks turniri keçiriləcək. Yarışda Azərbaycan, Ukrayna, Qazaxıstan, Belarus, özbəkistan, Rusiya, Monqolustan, Almaniya, Bolqarıstan, Venesuela, Polşa və Dağıstanın yığma komandaları iştirak edəcəklər. Hazırda 20-dən çox boksçudan ibarət Azərbaycan yığması Bakıda təlim-məşq toplanışı keçir.