Şahmatçımız turniri ikinci yerdə başa vurub

Azərbaycan şahmatçısı Gülnar Məmmədova Moskvada keçirilən ənənəvi 9-cu “Aeroflot Open “ beynəlxalq şahmat turnirində 1-2-ci yerləri bölüşüb. “B” turnirində mübarizə aparan G.Məmmədova son turda Türkiyə nümayəndəsi Engin Topakla heç-heçə oynayıb və hər iki şahmatçı yekunda 7 xal toplayıb. Həmyerlimiz əlavə göstəricilərinə görə, yarışı ikinci yerdə başa vurub.
Artıq başa çatmış “C” turnirində isə Nurlan Şabanov 9 mümkün xaldan 5,5 xal toplayaraq, 17-ci yerə çıxıb. Yüksəkreytinqli şahmatçıların mübarizə apardığı “A1” turnirində 8 turdan sonra Rauf Məmmədov 4,5 xalla 27-ci, Eltac Səfərli isə 4 xalla 44-cü yerdədir. “A2” turnirində çıxış edən şahmatçılarımızdan ülvi Bacarani 5,5 xal, Vasif Durarbəyli 4 xal toplayıblar.