Fevralın 6-da Argentinada açıq suda üzgüçülük üzrə Dünya Kubokunun mərhələ yarışı keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, yarışda Azərbaycanın idman şərəfini yığma komandamızın üzvləri Sergey Fesenko, İnqa Koçur və Anastasiya Jitkova qoruyacaqlar. Hər üç idmançı 10 km məsafə yarışlarında iştirak edəcəklər.