Neftçalada 8-16 yaşadək yeniyetmə və gənc şahmatçılar arasında keçirilən respublika çempionatının seçmə turnirinə yekun vurulub. Şahmat Federasiyasından bildiriblər ki, respublika çempionatının final mərhələsi martda keçiriləcək. Seçmə turnirdə ölkənin 43 şəhər və rayonundan 269 şahmatçı iştirak edib.
İspaniyanın Sevilya şəhərində keçirilən beynəlxalq şahmat turnirində isə artıq 5 tur oynanılıb. Azərbaycan şahmatçısı Azər Mirzəyev 4 xal toplayaraq, liderdən bir xal geridə qalır. Həmyerlimiz növbəti turda xorvatiyalı Davorin Komljenoviçlə qarşılaşacaq. Turnirdə 5 xalla Renier İgarza Vasker (İspaniya) liderlik edir. İsveçrə sistemi üzrə keçirilən yarışda 192 şahmatçı mübarizə aparır.