Platini: “Riberi “Qızıl top” mükafatını qazana bilər

UEFA prezidenti Mişel Platini “Qızıl top” mükafatını qazanmağa namizəd futbolçunun adını açıqlayıb. Fransa mətbuatına danışan Platini Frənk Riberinin bu mükafatı qazanmaq şansının yüksək olduğunu bildirib: “Riberi Avropanın ən yaxşı futbolçusu seçildi. Dünyanın da ən yaxşı oyunçularından biridir. Ötən mövsüm “Bavariya” ilə bütün titulları qazandı. Bu səbəbdən Riberi “Qızıl top” mükafatını qazanmağa ən real namizəddir”.
Qeyd edək ki, 30 yaşlı fransız futbolçu ötən mövsüm “Bavariya”nın qazandığı titullarda böyük rol oynamışdı.