Çempionlar Liqası: “Fənərbağça” 18 il sonra əsas mərhələyə vəsiqə qazanıb

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin oyunları davam edir.

AZƏRTAC xəbər verir ki, Türkiyənin “Fənərbağça” klubu Fransada “Lion”la qarşılaşıb. Görüş İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İki oyunun nəticəsinə əsasən rəqibini 3:2 hesabı ilə məğlub edən "Fənərbağça" adını Çempionlar Liqasının liqa mərhələsinə yazdırıb.

"Fənərbağça" son dəfə 2008-2009-cu illər mövsümündə turnirin qrup mərhələsində mübarizə aparmışdı.

Gecənin digər nəticələrinə əsasən "Vikinq" (Norveç) və AEK (Yunanıstan) də liqa raunduna vəsiqə əldə edib.