Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəza rayonun Nərimankənd kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, üç avtomobilin iştirakı ilə baş verən yol qəzası nəticəsində sürücülərdən biri – Şərifağa Əmənov hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.