Naxçıvanda avtomobil mikroavtobusla toqquşub, 3 nəfər xəsarət alıb

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Babək rayonunun Uzunoba kəndi ərazisində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobillə "Hyundai" markalı mikroavtobusun toqquşması nəticəsində 2007-ci il təvəllüdlü Rüstəmov Kənan Babək oğlu, 2006-cı il təvəllüdlü Sadiqov Kamran Vüqar oğlu və 1963-cü il təvəllüdlü Tağıyeva Tamara Yusif qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Naxçıvan Muxtar Respublikası Xəstəxanasına çatdırılıblar.

Xəsarət alanların vəziyyətlərinin qənaətbəxş olduğu qeyd olunub.

Faktla bağlı araşdırma aparılır.