Tovuzda su kanalından kişi meyiti tapılıb

Tovuzda su kanalından kişi meyiti tapılıb.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.

Kəndin ərazisində keçən su kanalında 1987-ci il təvəllüdlü Sərxan Dəmirovun meyiti aşkarlanıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb ediliblər.

Faktla bağlı araşdırma aparılır.