Tovuzda ağır yol qəzası olub, ölən var

Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, hadisə Əsrik yolunda qeydə alınıb. Qəza zamanı 1994-cü il təvəllüdü İ.Nağıyev xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.