Xaçmazda "VAZ-21014" 60 yaşlı piyadanı vuraraq öldürüb

Xaçmazda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonu Canaxır kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Xaçmazın Qobuqırağı kənd sakini Mübariz Tahirov idarə etdiyi “VAZ 21014” markalı minik avtomobili ilə yolu keçən kənd sakini 60 yaşlı Tərlan Tahirmirzə oğlu Məmmədovu vurub. Ağır xəsarətlər alan piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.