Gəncədə yaşayış binasında partlayış olub

Gəncədə evdə qaz partlayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində yerləşən 5 mərtəbəli yaşayış binasında qeydə alınıb. Belə ki, 5 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən mənzildə partlayış olub. Partlayış zamanı 1 nəfərin xəsarət aldığı bildirilir.

Hadisə yerinə FHN-nin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Partlayışın təsirindən mənzilin pəncərələri yerə tökülüb, bu zaman binanın qarşısında olan “VAZ 2107” markalı avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.