Ağdamda ağır qəza - ölən və yaralananlar var

Ağdamda ölümlə nəticələnən ağır qəza olub.

Trend-in yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.

Hərəkətdə olan "Mercedes" markalı, 77 YD 327 dövlət nömrə nişanlı avtomobil "VAZ" markalı 02 BU 150 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Nəticədə VAZ-da olan sərnişinlər arasında ölən və xəsarət alanlar var.

Faktla bağlı araşdırma aparılır.