Lerikdə minik avtomobili dərəyə aşıb, ölən və yaralananlar var

Bu səhər Lənkəran-Lerik yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə yolun 50-ci kilometrliyində qeydə alınıb. Xalid Balaxan oğlu Şəfiyevin idarə etdiyi "Pikap" markalı nəqliyyat vasitəsi hərəkətdə olarkən, yoldan çıxaraq təqribən 500 metr hündürlükdən dərəyə aşıb. Avtomobildə olan 4 nəfərdən biri hadisə yerində ölüb. Onun İsmayıllı rayon sakini olduğu bildirilir. 

İlkin məlumata görə, hadisə yolun qarlı və buzlu olması səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.