YAP Şamaxı rayon təşkilatının yeni inzibatı binasının tikintisinə başlanılıb

Şamaxı rayon icra hakimiyyətindən bildiriblər ki,  şəhərin ən gözəl guşələrindən birində - Şəhriyar küçəsində daxili imkanlar hesabına YAP Şamaxı rayon təşkilatı üçün yeni inzibati binanın inşasına başlanılıb. İki mərtəbədən ibarət olacaq binada 8 iş otağı, 70 nəfərlik konfrans zalı nəzərdə tutulub. Foyedə ümummilli liderimiz Heydər Əliyevin büstü qoyulacaq, ulu öndərin həyat və fəaliyyətini əks etdirən guşələr təşkil ediləcək. Tikintisində yerli inşaatçıların çalışdığı binanın iyulda istifadəyə verilməsi nəzərdə tutulub.