Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan dünən Azərbaycana səfərə gəlib. Azərbaycanın və Türkiyənin dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına beynəlxalq hava limanında qardaş ölkənin hökumət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.
Hava limanının ali qonaqlar üçün salonunda Rəcəb Tayyib Ərdoğanla Abid Şərifov arasında qısa protokol söhbəti olub.