Prezident İlham Əliyev Almaniyanın "RWE" şirkətinin prezidenti Yurgen Qrossmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Almaniyanın “RWE” şirkətinin prezidenti Yurgen Qrossmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan ilə Almaniyanın “RWE” şirkəti arasında energetika sahəsində həyata keçirilən əməkdaşlığın hazırkı vəziyyəti ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycanın karbohidrogen ehtiyatlarının Avropaya nəql edilməsi istiqamətində ölkəmizlə “RWE” şirkətinin birgə fəaliyyətinin perspektivləri müzakirə edilib.
Görüşdə Almaniya Federativ Respublikasının  keçmiş xarici işlər naziri - vitse-kansleri Yoşka Fişer iştirak edib.