Sumqayıt məktəblisi II ixtisas qrupu üzrə ən yüksək nəticəni göstərib

Sumqayıt şəhəri 35 nömrəli orta məktəbin məzunu Zamin Ramin oğlu Kərimovdur. II ixtisas qrupu üzrə 690 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Zamin Kərimov imtahanın birinci mərhələsində 297.5, ikinci mərhələsində isə 392.5 bal toplayıb.

Xatırladaq ki, DİM bu günü II və III ixtisas qrupları üzrə iyulun 5-də keçirilmiş imtahanların nəticəsini açıqlayıb.