Aprelin 2-də “ADA” Universitetində bu ali məktəbin rektoru Hafiz Paşayev və məzunlarla görüş keçiriləcək.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzərTAc-a bildiriblər ki, məzunlar “ADA” Universitetində təhsil, tələbə həyatı, karyera və inkişaf imkanları barədə danışacaqlar.
Tədbirdə hazırda “ADA” Universitetində diplomatiya və beynəlxalq münasibətlər və ictimai siyasət üzrə magistratura proqramlarında təhsil alan tələbələr də iştirak edəcəklər.
Maraqlananlar admissions@ada.edu.az və yaxud 437 08 30 telefon nömrəsi vasitəsilə qeydiyyatdan keçə bilərlər.