Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Radikal müxalifətin “müdafiə komitəsi” oyunu nəyə xidmət edir?

Radikal müxalifətin “müdafiə komitəsi” oyunu nəyə xidmət edir?

20.08.2014 [09:39]

Pərviz Sadayoğlu

Və ya ermənipərəst dairələrdən pul qopartmaq istəyi düşərgədaxili yeni savaşa səbəb olub
Radikal müxalifət düşərgəsinin təmsilçiləri antimilli mərkəzlərdən pul qopartmaq üçün zaman-zaman ortaya yeni “ideya”lar atırlar. Və bu dəfə də eyni hal müşahidə edilir. Belə ki, ölkə qanunlarını pozan, milli maraqlarımıza zidd olaraq ermənilərə xidmətçilik edən, vergidən yayınan, vəzifə səlahiyyətlərini aşaraq cinayət məsuliyyəti yaradan və “hüquq müdafiəçisi” maskası arxasında gizlənənlərin qanun qarşısında cavab verməsi radikalları bir qədər pəjmürdə etməklə yanaşı, onların qarşılarında yeni “üfüqlər” də açıb. Daha dəqiq desək, son vaxtlara qədər özünü “hüquq müdafiəçisi” adlandıraraq min bir oyundan çıxan, həmçinin, qanunu pozaraq, cinayət törədərək həbsə düşən şəxslərin yaxınlarından pul qopartmaq üçün bu tip cinayətkarları yalandan “siyasi məhbus” elan edənlərin özləri bu dəfə “vasitəyə” çevriliblər. Belə ki, “siyasi məhbus” alveri ilə məşğul olan ermənipərəst “hüquq müdafiəçilərinin” cinayət məsuliyyətinə cəlb olunması radikal düşərgənin “müdafiə komitəsi” oyununu başlatmasına rəvac verib.
Lakin, radikal düşərgə bu işdə də özünü gülünc vəziyyətə qoyub. O mənada ki, bu məsələdən spekulyasiya vasitəsi kimi istifadə edərək xarici ermənipərəst dairələrdən pul qazanmaq fikrində olan dağıdıcı düşərgə təmsilçiləri yenə də ikiyə bölünüblər. Bu dəfə də “müdafiə komitəsi” adı altında bir tərəfdə İsa Qəmbər, digər tərəfdə Əli Kərimli oturub. Daha dəqiq desək, bir neçə gün öncə KXCP qərargahında toplaşaraq belə bir qurum yaratdığını elan edən KXCP və “Müsavat”ın ardından AXCP və ya “Milli şura” (ikisi də eyni şeydir. Təkcə adları və sədrləri ayrıdır) bu adda ikinci “komitəni” yaradıb.
Təbii ki, əllərinə düşən hər bir fürsətdən yararlanmaqları dağıdıcıların hər zamankı “mərəzdir”. Və bu dəfə də guya “müdafiə komitəsi” adı altında yeni pul tələsi yaratmaqla, əslində, radikal düşərgə öz istəyini, arzusunu ortaya qoymuş olub.
Beləliklə, iki “komandaya” bölünərək “müdafiə” oyunu oynayan radikal düşərgənin təmsilçiləri qarşı tərəfi ittiham edir, özlərini “əsas” kimi qələmə vermək üçün bütün “planlarını” bəyan edirlər. Məsələn, Müsavat Partiyasının təşəbbüsü ilə yaranan “müdafiə komitəsi”ndə təmsil olunan ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, həbs olunanların müdafiəsi arxa plana keçib və ortada müəyyən məqamlara, maraqlara görə müxalifət partiyaları bir-biri ilə boğuşur. Əli Kərimlinin onların “komitəsinə” qoşulmamasına münasibət bildirən Sərdar Cəlaloğlu, “belə bir söz var, oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı. Əli Kərimli və ətrafı məhz oğrudur” deyib.
O, Ə.Kərimlinin məqsədinin bu işdən pul qazanmaq olduğunu bildirib: “Həbs olunanların arxasından siyasi kapital toplamağa cəhdlər etmək əxlaqsızlıqdır! Özlərinə siyasi dividend qazanmaq üçün digərlərinə qarşı qara piar aparmaq da əxlaqsızlıqdır!”
Göründüyü kimi, bu insanlar özləri etiraf edirlər ki, radikal düşərgə iki hissəyə parçalanaraq “müdafiə komitəsi” məsələsindən pul qazanmaq vasitəsi kimi istifadə etmək niyyətindədir. Bir sözlə, dağıdıcılar üçün heç bir milli marağın olmadığı, onların, sadəcə, şəxsi mənfəətləri uğruna “mübarizə” apardıqları növbəti dəfə ortaya çıxmış oldu. Digər tərəfdən, Ə.Kərimlinin yaratdığı “komitə”nin başına yenidən iradəsiz Cəmil Həsənovun gətirilməsi bir daha sübut edir ki, AXCP sədri “Milli şura” adlanan satqınlar klubunun marionet sədrindən öz məqsədləri üçün istifadə edir. C.Həsənov da özünün şəxsi maraqlarını təmin etmək üçün Ə.Kərimlinin “çaldığı hava ilə oynayır”.
Müsavat Partiyası isə bu “yem yerini” birdəfəlik olaraq AXCP-yə buraxmaq niyyətində deyil. Elə bu səbəbdəndir ki, daha cəld tərpənərək birinci “komitəni” Müsavat Partiyası öz ətrafında formalaşdırdı. Bu gün isə hərəsi əlində bir “bəyanat” xarici təşkilatların, səfirliklərin qapısında növbə gözləyirlər.
Yeri gəlmişkən, məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov da qeyd edib ki, belələri həbs olunanların valideynlərindən, yaxud da onların yaxın ətraflarından pul alaraq, ayrı-ayrı instansiyalara “siyasi məhbus” siyahıları təqdim edirlər. Baxmayaraq ki, onlar konkret olaraq cinayət törətmiş şəxslərdirlər: “Onlar özlərinə sərf etməyən adamları deyil, məhz sərf edən adamları, yəni maliyyə baxımından maraqlarına cavab verən şəxsləri dərhal “siyasi məhbus”adlandırırlar”.
“İndi bəzi partiyalar arasında ikitirəli münasibətlər yaranıb” - deyən Siyavuş Novruzov həmin tərəflərə ayrı-ayrı xarici təşkilatlar tərəfindən təlimatların verildiyi qənaətindədir: “Onlara müxtəlif xarici təşkilatlardan ayrı-ayrılıqda tapşırıqlar gəlir. Məsələn, AXCP bütövlükdə Leyla və Arif Yunusun müdafiəçisinə çevrilibdir. Çünki həmin mənbələrdən onlar kifayət qədər maliyyə dəstəyi alırlar. Beləliklə, onlar təşkilatların adı fərqli olsa da, eyni mənbədən, eyni məqsəd güdən tapşırıqlar alırlar və bu tapşırıqlara da xidmət edirlər”.
Sonda onu qeyd edək ki, cəmiyyət hər şeyi olduğu kimi görür və dəyərləndirir. Məhz buna görə də, radikal düşərgənin oynadığı çirkin oyunlar, reallaşdırmaq istədiyi antimilli planlar tez bir zamanda ifşa olunur.

Paylaş:
Baxılıb: 1094 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30