Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Antimilli şura ölkəmizdəki siyasi sabitliyə xələl gətirməyə çalışır

Antimilli şura ölkəmizdəki siyasi sabitliyə xələl gətirməyə çalışır

09.05.2021 [00:34]

Pərviz Sadayoğlu

Özünün hüquqi dövlət quruculuğu və inkişafı prosesində daim islahatlara, yeniliklərə yer verən, siyasi dialoqun dərinləşməsi, siyasi qüvvələr arasında münasibətlərin daha yüksək səviyyəyə çatması üçün iradə nümayiş etdirən Azərbaycan hakimiyyətinin apardığı uğurlu fəaliyyət istər cəmiyyətimiz tərəfindən, istərsə də beynəlxalq müstəvidə yüksək dəyərləndirilməkdədir. Vurğulanmalıdır ki, ötən ilin fevralından ölkəmizdə yaranan yeni siyasi konfiqurasiya siyasi partiyalar arasındakı münasibətlərin yeni zəmində inkişafını təmin edib. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik orqanı ilə əlaqələr şöbəsinin  siyasi partiyaların rəhbərləri ilə keçirdikləri görüşlər siyasi qüvvələrin ümummilli məsələlərdə vahid siyasi platformadan çıxış etməsini, milli həmrəyliyi formalaşdırdı. Məhz bunun nəticəsi idi ki, istər 2020-ci ilin yayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş verən erməni təxribatları zamanı, istərsə də Vətən müharibəsi dövründə ölkənin siyasi palitrasının mütləq əksəriyyəti vahid mövqedən çıxış etdi, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin apardığı siyasi kursu dəstəklədiyini bildirdi. Bu milli həmrəylik Ermənistan üzərində qazanılan qələbədə mühüm rola malik oldu.

Qeyd edək ki, siyasi qüvvələr arasında dialoq mühitinin dərinləşdirilməsi istiqamətində addımlar bu gün də davam etməkdədir. Siyasi partiyaların qeydiyyata alınması, onların qərargahlarla təmin edilməsi bir daha yeni siyasi konfiqurasiyada yaranan yeni münasibətlərin təcəssümünə çevrildi. Təəssüfləndirici haldır ki, siyasi palitramızın mütləq əksəriyyəti bu gün də siyasi dialoqu inkişaf etdirmək və milli birliyi qorumaq üçün ümummilli məsələlərdə vahid platformada birləşsə də, radikal müxalifət, əsasən isə xain antimilli şura ənənəvi xislətinə uyğun olaraq, xarici ermənipərəst mərkəzlərin ölkəmizə qarşı apardığı şər-böhtan kampaniyasının “hissəsi” olmaqdan əl çəkmir. Marginal şuranın məqsədi xaricdən gələn hansısa fikirləri, tezisləri həyata keçirmək, ölkədəki siyasi sabitliyə, milli birliyə xələl gətirmək, işğaldan azad edilmiş regionlarımızda aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərinə kölgə salmaqdır. Bütün “gücünü” məhz bu kimi antimilli fəaliyyətə sövq etmiş radikal ünsürlər sosial şəbəkələrdə daimi olaraq milli maraqlara əks-mövqedən çıxış edir, yalan iddialar irəli sürür, ölkədəki siyasi birliyə və sabitliyə ləkə yaxmağa cəhd göstərirlər.  Daxili ictimai-siyasi həyata yeni nəfəs verən siyasi dialoqu, 30 ilə yaxın işğal altındakı torpaqlarımıza qovuşmanı, Böyük Qayıdışın qısa zamanda təmin edilməsinə istiqamətlənmiş fəaliyyəti hədəfə alan radikal antimilli şura və onun xəyanətkar üzvləri növbəti dəfə maddi gəlir üçün bütün yalanları danışmağa hazır olduqlarını ortaya qoyurlar. Pula, qazanca görə ermənipərəst mərkəzlərin yanında yer alan, milli birliyə düşmən kəsilənlərə isə  xaindən başqa ad vermək mümkün deyil.

Paylaş:
Baxılıb: 512 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31