Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Əli İnsanov “Müsavat”-AXCP qarşıdurmasının “arbitr”i rolunda

Əli İnsanov “Müsavat”-AXCP qarşıdurmasının “arbitr”i rolunda

08.11.2019 [09:34]

Pərviz Sadayoğlu

Yaxud İsa Qəmbər Əli İnsanovun ona qarşı “faşist” ittihamını nə tez unudub?
Radikal müxalifətin yeni birlik oyunu başlamadan sona yetməkdədir. Dağıdıcı ünsürlərin bir neçə gün öncə keçirdiyi “dəyirmi masa” düşərgə daxilindəki çəkişmələri, qarşılıqlı güvənsizliyi bir daha ortaya çıxardı. Hər addımda bir-birinə qatı düşmən mövqedə olduqlarını büruzə verən, hətta bir-birlərinə patoloji nifrət bəsləyən radikallar, xüsusilə də AXCP və “Müsavat” təmsilçiləri anlayırlar ki, onların danışdıqları yalanlar artıq heç kimi maraqlandırmır. Bu ünsürlərin aralarındakı ziddiyyətin gündən-günə dərinləşməsinin tək səbəbi isə düşərgədaxili savaşda önə çıxaraq antimilli mərkəzlərin puluna yiyə durmaq istəyidir.
Qeyd edək ki, bu “dəyirmi masa”nın xarici ermənipərəst mərkəzlər, antimilli dairələr tərəfindən sifariş əsasında təşkil olunduğu ilk baxışdan bəllidir. Belə ki, adıçəkilən toplantıda iştirak edən düşərgə təmsilçiləri nəinki yan-yana oturmaq, hətta bir-birlərinin adını çəkmək belə istəmirlər. Belə olan halda, demək ki, onları bir araya toplayan vasitə əldə edəcəkləri maliyyədir. Hətta pulun dadı o qədər “şirin” gəlib ki, İsa Qəmbər Əli İnsanovun onu “faşist” adlandırmasını belə “unudub”.
Bu toplantıda diqqət çəkən məqamlardan biri də Əli İnsanovun özünü “masabəyi” kimi aparması oldu. Onun digər düşərgə partiyalarının rəhbərlərinin bu məhdud çərçivəyə buraxılmaması tələbi isə bir sıra mətləblərdən xəbər verir. Belə ki, hər zaman cırtdan düşərgə partiyalarını amorf birliklərinə pərçim etməklə özünü güclü göstərməyə çalışan “Müsavat”ın budəfəki cəhdinin boşa çıxacağı əvvəlcədən məlum oldu. Ə.İnsanov Əli Kərimli ilə İsa Qəmbər arasında “arbitr” rolunu oynamaqla bir növ radikal düşərgədə birincinin üstünlüyünü təmin etməyə çalışır. Deyəsən, Əli Kərimli alacağı məbləğin mühüm hissəsini məhz İnsanovla bölmək fikrindədir. Hətta İsa Qəmbərin açıq kontekstdə “şərikik” deməsi belə vəziyyətə təsir göstərmir. Çünki Əli Kərimli çıxışı zamanı özünü və partiyasını “real müxalifət” adlandırmaqla bir növ Arif Hacılını və rəhbərlik etdiyi partiyanı ikinci dərəcəli elan etdi. Bu isə onu göstərir ki, artıq Əli Kərimli ilə Əli İnsanov arasındakı “siyasi izdivac” “Müsavat”ı şəriklikdən kənara çıxarıb. Bu “izdivac”dan nə törəyəcəyini isə zaman göstərəcək.
Bəli, qeyd etdiyimiz kimi, “Müsavat” rəhbərliyi hazırkı zəif durumlarını ört-basdır etmək, düşərgədaxili mübarizədə AXCP-ni üstələmək üçün keçmiş “mehriban düşmənləri” ilə də müttəfiqliyə razıdır. Amma Əli Kərimli budəfəki birlik oyununda əsas “payçı”ları özü müəyyənləşdirir. Hətta “Müsavat”ın ənənəvi müttəfiqlərini belə masaya yaxın qoymayan Əli Kərimli qondarma “Milli şura”nın burada təmsil olunacağını deyir. Kimsəyə sirr deyil ki, Əli Kərimlinin “Milli şura”nın adını tez-tez da hallandırmasının arxasında məhz maddi vəsaitləri ələ keçirmək istəyi dayanır. Bu prosesin hansı ad altında aparılmasının fərqi yoxdur. Bu isə onu göstərir ki, İsa Qəmbər yalnız ona çatacaq kiçik məbləğlə razılaşmalı olacaq.
Əslində radikalların yanaşı yol yeriyə biləcəklərinə özləri belə inanmırlar. Eləcə də hər iki tərəf müəyyən manevrlərlə radikal müxalifətin birliyinə mane olan qüvvə kimi görünməmək arzusundadır. Amma bu da mümkün deyil. Çünki illərdir bir-birini aldada-aldada yol gələn “Müsavat”-AXCP cütlüyünün yaratdıqları birliklərin ayrılma səbəbi “hərənin odu öz qarşısına çəkməsi” istəyidir. Yəni hər iki partiyanın birlik yaratmaqda, ətrafında şou düzəltməkdə, müttəfiq axtarmaqda əsas məqsədi xarici antimilli, ermənipərəst qüvvələrin diqqətini cəlb etməkdir. Özünü “güc mərkəzi” kimi qələmə verərək ermənipərəstlərdən gələcək maliyyənin yönünü özünə tərəf çevirməyə çalışan AXCP və “Müsavat” üçün “müttəfiqlik” anlayışı mövcud deyil. Bunu həmin partiyalar bir-birlərinə qarşı dəfələrlə sübut ediblər. Bu baxımdan, bu gün “blokyaratma şousu”nda ümidini bu iki partiyaya bağlayanların peşman olacağı gün də uzaqda deyil...

Paylaş:
Baxılıb: 438 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Maraqlı

Xarici siyasət

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Siyasət

3-cü iclas...

01 May 10:36

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31