Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının Statistika İdarəsi, Gənclər və İdman İdarəsi və Kəbirli ərazi partiya təşkilatlarında YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə həsr olunmuş tədbirlər keçirilib.
Tədbirlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirlərdə çıxış edən YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev və rayon təşkilatının məsləhətçisi Gündüz Alıkişiyev bildiriblər ki, cari il oktyabrın 2-də keçirilən VIII Qurultay partiyamızın tarixində yeni mərhələnin başlanğıcıdır. Qurultayın tamamilə yeni reallıqda - Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra keçirilməsi onun əhəmiyyətini daha da artırır. Bu tarixi Qələbə xalq-iqtidar birliyinin, Prezident cənab İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasətinin, Ordumuzun gücü və şəhidlərimizin, qazilərimizin fədakarlığının məntiqi nəticəsidir. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri cənab İlham Əliyevin Qurultayda səsləndirdiyi proqram xarakterli, dərin məzmunlu nitq təkcə partiya üzvləri üçün deyil, bütövlükdə cəmiyyətimiz üçün strateji yol xəritəsidir və növbəti illər üçün əsas ideoloji istiqamətləri müəyyənləşdirir.
Dövlət başçısının qarşıya qoyduğu əsas vəzifələr - ideoloji işin müasir çağırışlara uyğun qurulması, milli həmrəyliyin möhkəmləndirilməsi, Azərbaycan həqiqətlərinin geniş ictimaiyyətə çatdırılması, gənclər arasında milli-mənəvi dəyərlərin təbliği, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və hər cür yad ideoloji təsirlərə, təxribatlara qarşı prinsipial və ayıq-sayıq mövqe sərgilənməsi Statistika İdarəsi, Gənclər və İdman İdarəsi və Kəbirli ərazi partiya təşkilatları da daxil olmaqla hər bir ərazi təşkilatı üçün birbaşa fəaliyyət proqramı və rəhbər tutulmalı vəzifələrdir.
Tədbirlərdə ərazi partiya təşkilatlarının sədrləri Orxan Fəxrəddinov, Azər Yaqubzadə və partiya fəalları çıxış edərək, Prezident İlham Əliyevin nitqindən irəli gələn ideoloji və təşkilati vəzifələrin yüksək məsuliyyətlə yerinə yetiriləcəyini, YAP-ın sıralarının daha da möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəklərini vurğulayıblar.
Tədbirlər qarşılıqlı fikir mübadiləsi ilə yekunlaşıb.