Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov dünən Şimali Kipr Türk Respublikasının ölkəmizdəki təmsilçiliyinin rəhbəri Zəki Qazioğlunu partiyanın mənzil qərargahında qəbul edib.
Görüşdə YAP-ın Sədr müavini Əli Əhmədov 7 noyabr 2010-cu il tarixində ölkəmizdə keçiriləcək parlament seçkilərinə toxunub, paytaxtda və bölgələrdə aparılan təbliğat-təşviqat kampaniyası, partiya tərəfindən namizədliyi irəli sürülən namizərlər haqqında məlumat verib. Görüşdə, həmçinin, müasir Şimali Kipr Türk Respublikası ilə Azərbaycan arasında mövcud olan əlaqələr haqqında fikir mübadiləsi aparılıb.