YAP nümayəndə heyəti Türkiyənin hakim Ədalət və İnkişaf partiyasının III Qurultayında iştirak edib

Türkiyənin hakim Ədalət və İnkişaf partiyasının III Qurultayı keçirilib. Qurultayın işində Türkiyə Böyük Millət Məclisində təmsil olunan partiyaların nümayəndələri, tanınmış siyasətçilər və 80-ə yaxın xarici qonaq iştirak edib. Qurultayda Ədalət və İnkişaf partiyasının dəvətinə əsasən, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədovun rəhbərliyi ilə YAP nümayəndə heyəti də iştirak edib. Qeyd edək ki, qurultay “Biz birlikdə Türkiyəyik” şuarı altında keçirilib.