Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatı rayonun ali məktəblərinin əlaçı tələbələri arasında Ulu öndərimiz, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci və dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr edilmiş inşa olimpiadası keçirib. Tədbir Azərbaycan Tibb Universitetinin Fizika-Kimya korpusunda baş tutub.
Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı bildirib ki, ənənəvi olaraq Azərbaycan gənclərinin iştirakı ilə Ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində keçirilən və Vətənin gələcəyini tərənnüm edən inşa müsabiqəsinin təşkil edilməsi öz növbəsində xüsusi önəm kəsb edir. Gənclərin cəmiyyətimizdəki yeri və rolundan, onlara göstərilən müstəsna dövlət qayğısından bəhs edən millət vəkili müstəqillik mövzusunun təsadüfən seçilmədiyini və onun xüsusi dəyərə malik olduğunu bildirib.
Daha sonra YAP Nəsimi rayonunun ərazi təşkilatlarının sədrləri, rayon ərazisində yerləşən ali təhsil müəssisələrinin səlahiyyətli nümayəndələri çıxış ediblər və tədbirin önəminə toxunublar.
Qeyd edək ki, inşa olimpiadası “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır” və “Şəhidlər ölməz, vətən bölünməz” mövzuları üzrə keçirilib. Bildirilib ki, qaliblərin mükafatlandırılması cari ilin may ayında-ümummilli liderimiz Heydər Əliyevin doğum günü ərəfəsində olacaq. Qaliblər bir il müddətinə Ulu öndər Heydər Əliyevin adını daşıyan təqaüdlə mükafatlandırılacaqlar.
NURLAN