Hakim Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Komissiyası (MSK) üzvlüyünə irəli sürdüyü namizədlərinin siyahısını parlamentə təqdim edib. Bu barədə bazar ertəsi “Trend”ə YAP-ın İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı məlumat verib. Onun sözlərinə görə, hakim partiya MSK təmsilçilərinin siyahısında dəyişiklik etməyib və bundan öncə YAP-ı təmsil edən şəxslərin namizədliyi yenidən irəli sürülüb.