Astanada hakim “Nur Otan” partiyasının 13-cü qurultayı keçirilib.
Qurultayda partiyanın Siyasi Şurasının üzvləri, səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələri, politoloqlar, xarici ölkələrdən gəlmiş tanınmış ictimai-siyasi xadimlər iştirak ediblər.
Azərbaycanı bu tədbirdə Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvlərindən Milli Məclisin deputatları Aydın Mirzəzadə və Mirkazım Kazımov təmsil ediblər.
Qurultayda Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Prezidenti İlham Əliyevin təbriki oxunub.
Sonda partiyanın sədri Nursultan Nazarbayevin aprelin 3-də keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak etmək üçün namizədliyi irəli sürülüb.
Xatırladırıq ki, “Nur Otan” Partiyasının sıralarında Qazaxıstanda yaşayan soydaşlarımızın sayı 50 mindən artıqdır.