YAP Göygöl rayon təşkilatının ərazi partiya təşkilatlarında silsilə yığıncaqlar davam edir

  

YAP Göygöl rayon təşkilatı üzrə 24№-li Magistral Yollarının İstismarı MMC ərazi partiya təşkilatlında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı yığıncaq keçirilib.

 Tədbir zamanı əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yığıncaqda YAP Göygöl rayon təşkilatının məsul işçisi Semur Əsgərov, 24№-li Magistral Yollarının İstismarı MMC nin direktoru Sənan Nəcəfov və digər partiya fəalları çıxış edib.

Çıxış və nitqlərdə yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirilən, ölkəmiz üçün mühüm ictimai-siyasi hadisə olan VIII Qurultayda Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrdən danışılıb, ölkə Prezidentinin proqram xarakterli nitqinin hər bir Azərbaycan vətəndaşı və hər bir partiya üzvü üçün fəaliyyət proqramı və yol xəritəsi olduğu diqqətə çatdırılıb.

Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı partiyanın qarşısında yeni dövrün tələblərindən irəli gələn mühüm vəzifələr müəyyənləşdirib, gələcək fəaliyyətin əsas istiqamətlərini və prioritetlərini aydın şəkildə ortaya qoyub.

Natiqlər YAP-ın VIII Qurultayının ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi xüsusi tarixi mərhələdə keçirildiyini, mühüm siyasi əhəmiyyət daşıdığını və Qurultayda söylənilən fikirlərin mahiyyətinin dərindən öyrənilməsi, partiya üzvlərinə çatdırılması və gündəlik iş prosesində rəhbər tutulmasının xüsusi əhəmiyyət daşıdığını bildiriblər. Hər bir partiya üzvünün öz fəaliyyəti, məsuliyyəti və təşəbbüskarlığı ilə Qurultayda müəyyənləşdirilən hədəflərin həyata keçirilməsinə töhfə verməsi əsas vəzifələrdən olduğu qeyd olunub.