YAP Göyçay rayon təşkilatının ərazi partiya təşkilatlarında görüş keçirilib

Yeni Azərbaycan Partiyasının VIII Qurultayında müəyyənləşdirilən hədəflər və Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrlə bağlı YAP Göyçay  rayon  təşkilatının  "Y.Kovalyov 6"  ərazi  partiya təşkilatlarında görüş keçirilib.

Tədbiri açıq elan edən ərazi partiya təşkilatının sədr müavini Cəmilə Məmmədli Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn vəzifələrdən söhbət açıb. C.Məmmədli  çıxışında partiyanın qarşıdakı fəaliyyət  istiqamətlərinə, dövlətçilik prinsiplərinin  . qorunmasına və müəyyənləşdirilən hədəflərin həyata keçirilməsində hər bir partiya üzvünün üzərinə düşən məsuliyyətə diqqət çəkib.

YAP Göyçay rayon təşkilatının sədr müavini Laçın İsmayılov çıxışında VIII Qurultayın partiyanın təşkilati fəaliyyətinin təkmilləşdirilməsi, üzvlər arasında həmrəyliyin gücləndirilməsi və ictimai-siyasi proseslərdə fəal iştirakın təmin olunması baxımından əhəmiyyətinə toxunub. O, partiyanın cəmiyyət həyatındakı rolunun daha da genişləndirilməsi, üzvlərin fəallığının artırılması və yerli təşkilatların fəaliyyətinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra çıxış edən partiya fəalları Kərim Babayev, Qiyas Rəsulov və digərləri VIII Qurultayın partiyanın fəaliyyətində yeni mərhələnin başlanğıcı olduğunu qeyd edərək, tədbirdə müzakirə olunan məsələlərin, səsləndirilən təkliflərin və müəyyənləşdirilən istiqamətlərin əhəmiyyəti barədə fikirlərini ifadə ediblər.

Çıxışlardan sonra Qurultayda qəbul edilən qərarların icrası istiqamətində yerli təşkilatların qarşısında duran vəzifələr müzakirə olunub, ərazi partiya təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda partiya sıralarına yeni qəbul edilən əməkdaşa üzvlük vəsiqəsi təqdim olunub.