YAP bələdiyyə üzvlüyünə namizədlər üçün treninqlər keçirir

Yeni Azərbaycan Partiyası (YAP) bələdiyyə seckilərində irəli sürdüyü namizədlərin seçki təcrübəsini və namizəd kimi səriştələrini artırmaq üçün treninq kurslar keçirir.
Noyabrın 24-də Sumqayıt, Əzizbəyov, Qax, Balakən, Gədəbəy, Şəmkir, Daşkəsən, Goranboy, Bərdə, Yevlax, Tərtər, Neftçala və Salyan rayonlarında keçirilən treninqlərdə bələdiyyə seçkilərinin təşviqat kampaniyasının uğurla aparılması məqsədi ilə görüləcək işlər, qarşıda duran vəzifələr geniş müzakirə edilib. Yeni Azərbaycan Partiyasının təşkil etdiyi treninqlərdə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Arif Rəhimzadə, Milli Məclisin komitə sədrlərindən Əli Hüseynov, Hadi Rəcəbli və Nizami Cəfərov, Milli Məclisin deputatlarından Aydın Mirzəzadə, Sevindik Hətəmov, Rauf Əliyev, Rafiq Məmmədhəsənov, Bəxtiyar Sadıqov, Yaqub Mahmudov, Tahir Rzayev, Elman Məmmədov, Əkrəm Abdullayev, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu və başqaları iştirak ediblər.