Milli Məclisin Deputatı Aydın Mirzəzadə, YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev və Azərbaycan Qarabağ Müharibəsi Əlilləri , Veteranları və Şəhid Ailələri ictimai Birliyi Cəmiyyətinin sədr müavini, qazi Pərviz Məmmədov II Qarabağ müharibəsi şəhidi Cəfərli Ruslan Nəcəf oğlunun ailəsi ilə görüşüb bir daha baş sağlığı verərək söhbət etdilər, istək arzularını dinlədilər .
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident , Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Daha sonra Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının qurucusu, partiya veteranı Balakişiyev Tofiq Rəşid oğlunun yas mərasimində iştirak edərək ailə üzvülərinə dərin hüznlə baş sağlığı verdilər. Daha sonra Milli Məclisin deputatı Aydın Mirzəzadə Heydər Əliyev Mərkəzində bir qrup şəhər sakinlərini qəbul edərək problemlərini dinlədi və onları narahat edən məsələlərlə bağlı şikayətlərini elə yerindəcə həll etdi, səlahiyyətləri çərçivəsində olmayan məsələləri aidiyyatı üzrə yuxarı təşkilatlara müracət edərək dəstək oldu.