Nəsimi rayonunda Vətən müharibəsi Şəhidi Rzayev Hacırza Fikrət oğlunun doğum günündə əziz xatirəsi dərin hörmət və ehtiramla yad edildi.
Vətən Müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur.
Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda da daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir.
Rayon İcra Hakimiyyəti başçısının, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədrinin, rayon ictimaiyyətinin, partiya fəallarının və şəhidin ailə üzvlərinin iştirakı ilə Vətən müharibəsi Şəhidi Rzayev Hacırza Fikrət oğlunun doğum günündə əziz xatirəsi dərin hörmət və ehtiramla yad etdilər, məzarı üzərinə gül-çiçək dəstələri düzdülər.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.