30 sentyabr 2022- ci il tarixdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, rayon İcra Hakimiyyətinin və YAP Tərtər rayon təşkilatının məsul əməkdaşları, ictimaiyyət nümayəndələri ilə birlikdə 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan qəhrəman hərbiçilərimiz - Məmmədov Taleh Arif oğlunun, Hacıyev Rüstəm Firqani oğlunun və mülki şəhidlər- İbrahimov Şahin Mahmud oğlunun və Mehdiyeva Ayna Məhəmmədəli qızının ikinci ildönümü ilə əlaqədar onların ailələrin də olub, baş sağlığı vermiş, qayğıları və problemləri ilə də maraqlanıblar.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və birinci vitse Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!