Mingəçevirdə şəhidlərin anım mərasimi

Yeni Azərbaycan Partiyasının (YAP) Mingəçevir şəhər təşkilatının rəhbərliyi Vətən müharibəsində şəhid olan Əmirov Emil Zaman oğlu və İbrahimov Atiq Ariz oğlunun anım mərasimlərində iştrak ediblər.

Anım mərasimində şəhidlərin  ailə üzvlərinə başsağlığı verilib, onların qayğıları ilə maraqlanılıb. Eyni zamanda, YAP Mingəçevir şəhər təşkilatı və Migəçevir ŞİH tərəfindən mingəçevirli şəhidlərin adlarının əbədiləşdirilməsi məqsədilə çap olunmuş plakatlar şəhidlərin ailələrinə təqdim edilib.