Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirib ki, bələdiyyə seçkiləri ilə bağlı yaradılmış seçki qərargahı uğurla fəaliyyət göstərir. Onun sözlərinə görə, seçki qərargahı partiyanın ən fəal üzvlərindən təşkil olunub. V.Seyidov bildirib ki, rayonda 6 qəsəbə bələdiyyəsi fəaliyyət göstərir və seçkilər bu bələdiyyələr üzrə keçiriləcək. Bələdiyyələrə namizədlər artıq müəyyənləşdirilib. Hazırda rayon təşkilatında 103 ilk partiya təşkilatı fəaliyyət göstərir. Təşkilat üzvlərinin sayı isə 6.400 nəfərdir. Təşkilatın üzvləri bələdiyə seçkilərində üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklər.