Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini, İcra katibi Əli Əhmədovun rəhbərliyi ilə YAP nümayəndə heyəti Brüsseldə Avropa Xalq Partiyasının iqamətgahında bir sıra görüşlər keçirib. YAP-ın mətbuat xidmətindən verilən məlumata əsasən, Əli Əhmədov Avropa Xalq Partiyasının Baş katibi, Avropa Parlamentinin üzvü Antoni Lopez - İsturiz, partiyanın vitse - prezidenti, Avropa Parlamentinin üzvü Soren Vortmen - Kul və digərləri ilə görüşüb, qarşılıqlı keçən danışıqlar zamanı Yeni Azərbaycan Partiyası ilə Avropa Xalq Partiyası arasındakı əlaqələr haqqında geniş fikir mübadiləsi aparılıb.
Belə ki, səfər çərçivəsində YAP-ın bu qurumla əlaqələrinin genişləndirilməsi istiqamətində müəyyən razılaşmalar əldə edilib.
Görüşlərdə Milli Məclisin deputatı, YAP-ın üzvü Asəf Hacıyev də iştirak edib.