YAP nümayəndə heyəti Qazaxıstana yola düşüb

Sentyabrın 23-də Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədovun başçılığı ilə YAP nümayəndə heyəti Qazaxıstanın paytaxtı Astana şəhərinə yola düşüb. Nümayəndə heyəti Astanaya Qazaxıstanın hakim “Nur Otan” Xalq Demokratik Partiyasının dəvəti ilə üzvü olduğu Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının 5-ci Baş Assambleyasının işində iştirak etmək məqsədilə gedib. Konfransda dünya iqtisadi böhranının həlli yolları və onun nəticələri, gənc siyasi liderlərin və qadınların ictimai həyatdakı rolunun artırılması kimi mövzular müzakirə olunacaq.