“Sosial bazası olmadığı üçün müxalifət partiyalarının bələdiyyə seçkilərində iştirakı və hansısa müsbət nəticə əldə etməsi inandırıcı deyil”. Bu sözləri yap.org.az saytına açıqlamasında YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov müxalifətin bələdiyyə seçkilərində şanslarına münasibət bildirərkən deyib.
S.Novruzov bildirib ki, ölkə müxalifətinin bir hissəsi əvvəllər müxtəlif bəhanələrlə seçkilərdə iştirakdan imtina ediblər. Seçkilərdə iştirakdan imtinaya əsl səbəb isə elektoratın yox səviyyəsində olmasıdır. Bələdiyyə seçkilərinin digər seçkilərdən fərqləndiyini deyən YAP İcra katibinin müavini müxalifətin bütün bələdiyyələrə namizəd vermək iqtidarında olmadığını vurğulayıb.
“Biz də istəyirik ki, qarşı tərəf seçkilərdə iştirak etsin və ortaya alternativ proqramlar qoysun. Amma reallıq bundan ibarətdir ki, müxalifət belə imkana malik deyil” deyə S.Novruzov qeyd edib.