Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının “A.Heydərov küçəsi 30” ünvanı üzrə Ərazi Partiya Təşkilatında partiya üzvləri ilə Prezident, Partiyanın sədri cənab İlham Əliyevin VIII Qurultaydakı nitqində səsləndirilən çağırışlar və müəyyənləşdirilən fəaliyyət istiqamətləri üzrə növbəti görüş keçirilib.
Görüşdə Azərbaycanın müstəqil siyasətinin uğurla davam etdirilməsi, dövlətin gücünün və cəmiyyətin birliyinin qorunması, eləcə də ölkəmizin gələcək inkişafına xidmət edən təşəbbüslərin dəstəklənməsi məsələləri müzakirə olunub. Çıxışlarda milli maraqlara sadiqlik, həqiqətlərin təbliği və xüsusilə rəqəmsal informasiya məkanında məsuliyyətli davranışın əhəmiyyəti qeyd edilib.
Bildirilib ki, VIII Qurultayda müəyyənləşdirilən hədəflər partiyanın gündəlik fəaliyyətində əsas götürülməli, üzvlər dövlətçilik mövqeyinin möhkəmləndirilməsi və ictimai fəallığın artırılması istiqamətində səylərini davam etdirməlidirlər.