YAP Daşkəsən rayon təşkilatının ərazi partiya təşkilatında yığıncaq keçirilib

YAP Daşkəsən rayon təşkilatının ərazi partiya təşkilatında yığıncaq keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının Daşkəsən Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş yığıncaq keçirilib.
Yığıncaqda qurultay nümayəndəsi – YAP Daşkəsən rayon təşkilatının sədr müavini Elşən Alıyev və təşkilatın məsul işçisi Sərdar Xıdırov iştirak ediblər.
Qeyd olunub ki, YAP-ın VIII Qurultayı Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edildikdən sonra keçirilən ilk qurultay kimi tarixi əhəmiyyət daşıyır. Qurultayda Prezident İlham Əliyevin müəyyən etdiyi strateji hədəflər və qarşıya qoyduğu vəzifələr partiyanın gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirir.
Sonda iştirakçılar dövlətimizin başçısının VIII Qurultayda müəyyənləşdirdiyi vəzifələrin həyata keçirilməsində fəal iştirak edəcəklərini, partiyanın qarşısında duran məqsədlərin reallaşdırılmasına öz töhfələrini verəcəklərini bildiriblər.