Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatı partiyanın namizədi, dövlət başçısı İlham Əliyevin namizədliyinin qeydə alınması üçün imzatoplama kampaniyasına qoşulub. Artıq dünən rayon təşkilatının fəalları müvafiq sayda imzaları toplayaraq işi uğurla başa çatdırıblar. YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev deyib ki, 100 saylı Şəmkir-Daşkəsən və 101 saylı Göygöl-Daşkəsən seçki dairələrindən 200 imza toplanıb və proses uğurla başa çatdırılıb. O, eyni zamanda qeyd edib ki, kampaniya Seçki Məcəlləsinə müvafiq şəkildə həyata keçirilib.