Oktyabrın 29-da Mərdanov qardaşları küçəsi 131 ünvanı üzrə (“Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” PHŞ) ərazi partiya təşkilatının və Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatının birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlər” mövzusunda müşavirə keçirilib.
Müşavirədə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanovun və Mərdanov qardaşları küçəsi 131 ünvanı üzrə ( “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” PHŞ) ərazi partiya təşkilatının sədri, “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” PHŞ-nin Baş direktoru professor Ədalət Həsənovun birgə təşkilatçılığı ilə müşavirə keçirilib.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müşavirəni giriş sözü ilə açan Mərdanov qardaşları küçəsi 131 ünvanı üzrə ( “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” PHŞ) ərazi partiya təşkilatının sədri Ədalət Həsənov Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqində irəli sürülən ideoloji prioritetlərə toxunub. O, Azərbaycanın müasir tibbi texnologiyaların tətbiqinin, mütəxəssis hazırlığının və elmi əməkdaşlığın inkişafının səhiyyə sahəsi üçün əhəmiyyətini qeyd edib. Həmçinin Azərbaycan səhiyyəsinin sürətli inkişafının, Cənab İlham Əliyevin Məhkəmə ekpertlərə xüsusi diqqət göstərməsi sayəsində səhiyyədə kadr potensialının artırılmasının vacibliyini diqqətə çatdırıb.
Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov çıxışında VIII Qurultayın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasından sonra keçirilməsinin tarixi əhəmiyyətini vurğulayıb. O, ideoloji işin müasir tələblərə uyğun qurulmasının, sosial şəbəkələrdə fəallığın artırılmasının, tarixi yaddaşın qorunmasının, gənclərlə işin gücləndirilməsinin, şəhid ailələrinə və qazilərə qayğının vacibliyini qeyd edib.
Mərdanov qardaşları küçəsi 131 ünvanı üzrə ( “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” PHŞ) ərazi partiya təşkilatının sədr müavini, Birliyin Mərkəzi Ekspertizalar şöbəsinin rəisi, Ceyhun Allahverdiyev Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun əhəmiyyətinə diqqət çəkib. Dövlətimizdə gənclərə olan diqqəti xüsusi olaraq qeyd edib.
Birliyin Nəsimi rayon şöbəsinin rəisi Samir Cəfərov Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra əldə olunan nailiyyətlərə və Qarabağda aparılan yenidən qurma işlərinə diqqət çəkib. “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” PHŞ-nin Baş direktor, professor Ədalət Həsənovun rəhbərliyi ilə qurumda aparılan dövlət əhəmiyyətli işlərin uğurla icra olunduğunu qeyd edib.
Birliyin Tibbi Biologiya şöbəsinin rəisi Elşən Məmmədov çıxışında təşkilatçılara təşəkkürünü bildirdi. İdeoloji təhlükəsizliyin təmin olunmasının, təhsilin və vətənpərvərlik tərbiyəsinin vacibliyini vurğulayıb. Bu məslələrdə Yeni Azərbaycan Partiyasının rolu əvəzolunmaz olduğunu qeyd edib.
Birliyin Bakı şəhər şöbəsinin rəisi Qismət Quliyev cənab Prezidentin qurultaydakı tarixi nitqində xüsusi vurğuladığı şəffaflıq, vətəndaş məmnunluğu, qanunun aliliyi və güclü dövlətçilik prinsipləri birbaşa olaraq hamının gündəlik fəaliyyətin əsas meyarı olduğunu bildirdi. Üzərimizə düşən əsas vəzifə öz fəaliyyət sahəmizdə qanunun aliliyinin qorunmasına, dövlətçilik prinsiplərinə sadiqliyə və peşəkar məsuliyyətimizin ən yüksək səviyyədə yerinə yetirilməsinə xidmət etməkdir. Bakı şəhər şöbəsinin bundan sonra da dövlətimizin və Birliyimizin rəhbərliyinin etimadını layiqincə doğruldacaq, cənab Prezidentin rəhbərliyi ilə qüdrətli Azərbaycana xidmət yolunda var gücü ilə çalışacağını qeyd edib.
Müşavirədə çıxış edənlər Prezident İlham Əliyevin müəyyən etdiyi strateji hədəflərin həyata keçirilməsində məsuliyyətli fəaliyyətin, milli maraqlara sədaqətin, ictimaiyyətlə əlaqələrin gücləndirilməsinin və dövlətə, xalqa xidmət prinsipinin rəhbər tutulmasının vacibliyini vurğulayıblar.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.