Yeni Azərbaycan Partiyasının Yevlax rayon təşkilatında 80 nəfərdən artıq partiya fəalı partiyamızın prezidentliyə namizədi cənab İlham Əliyevin Yevlax şəhəri 48 saylı seçki dairəsi və 49 saylı Yevlax - Mingəçevir seçki dairəsi üzrə imzatoplama kampaniyasına qatılaraq yüksək fəallıqla iştirak edib. Fəallıq şəraitində keçən kampanyada vətəndaşlar könüllü şəkildə imza verərək Yeni Azərbaycan Partiyasının namizədi, dövlət başçısı İlham Əliyevin xeyrinə imza verməyi özlərinə şərəf hesab etdiklərini bildiriblər. Rayon təşkilatından verilən məlumata görə, imzatoplama kampaniyası davam edir.