Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb. Rayon təşkilatının sədri Həmid Pənahov deyib ki, prosesdən öncə imza toplayan şəxslərə təcrübəli seçki ekspertləri tərəfindən treninq və təlimlər keçirilib. Nəticədə imzatoplama kampaniyasında iştirak edən şəxslər öz işlərinin öhdəsindən uğurla gəliblər. H.Pənahov vurğulayıb ki, 107 saylı Qazax, 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairələrindən 500 imza toplanıb, proses müvəffəqiyyətlə sona çatdırılıb.