Abşeron rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci ildönümü ilə bağlı silsilə tədbirlər davam etdirilir. Belə ki, dünən YAP Abşeron rayon təşkilatının Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci ərazi ilk partiya təşkilatı YAP-ın yaranmasının 20 illik yubileyi ilə əlaqədar tədbir keçirib.
YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev çıxış edərək, partiyanın yaranmasından və inkişaf tarixindən bəhs edib.
Çıxış edən digər natiqlər vurğulayıblar ki, əsasını Ulu öndər Heydər Əliyevin qoyduğu siyasi kurs hazırda YAP Sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.