Şəhid Qənbər Qənbərlinin məzarı ziyarət olunub

Ölkəmizin ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhid Qənbərli Qənbər Bəhruz oğlunun doğum günü onun məzarı başında qeyd olunub. YAP Tərtər rayon təşkilatının fəalları Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birlikdə Vətən müharibəsi şəhidi Qənbər Qənbərlinin rayonun Kəngərli kənd qəbirstanlığındakı məzarını ziyarət edərək, məzarı üzərinə tər gül-çiçək dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.

Həmçinin şəhidin ailə üzvləri ilə görüşərək onların problemləri ilə maraqlanıblar.