"Seçki günü üçün yaddaş" kitabçası çap olunub

Mərkəzi Seçki Komissiyasının (MSK) Seçki Sistemləri üzrə Beynəlxalq Fondla (IFES) məntəqə seçki komissiyalarının üzvləri üçün birgə hazırladığı “Seçki günü üçün yaddaş” kitabçası çap olunub. Yaddaş kitabçasının girişində MSK-nın sədri Məzahir Pənahovun məntəqə seçki komissiyalarının üzvlərinə müraciəti yerləşdirilib. Müraciətdə məntəqə seçki komissiyalarının üzvlərinə onların vəzifələri xatırladılır. MSK-nın mətbuat xidmətindən bildiriblər ki, “Seçki günü üçün yaddaş” kitabçasında məntəqə seçki komissiyaları üzvlərinin rolu və vəzifələri, səsvermə günü həyata keçirilməli seçki hərəkətləri barədə ətraflı məlumatlar əks olunub. Yaddaş kitabçası Seçki Məcəlləsinin və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb.